Tahir Kərimli: “Cəzasızlıqdan istifadə edən Əli Kərimli, İsa Qəmbər ...”

Tahir Kərimli: “Cəzasızlıqdan istifadə edən Əli Kərimli, İsa Qəmbər ...”

"Müxalifət təmsilçiləri QHT-lər vasitəsi ilə xaricdən maliyyə yardımları almaqla qanunu bilərəkdən pozurlar. Belə partiyalar sırasında AXCP və Müsavat öndə olan partiyalardır". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri Tahir Kərimli bəzi müxalifət partiyalarının xaricdən maliyə yardımları almasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, cəzasızlıqdan istifadə edən Əli Kərimli, İsa Qəmbər və digərləri xarici fondlarla qarşılıqlı əməkdaşlıq münasibətlərini daha da genişləndirirlər: "Müxalifətin öz maraqları naminə qanunlara qarşı çıxmaları yolverilməzdir.Azərbaycan dövləti qanunlarla idarə olunan ölkədir. Qanuna əsasən ölkədə fəaliyyət göstərən hər hansı bir partiyanın hansısa bir formada ölkə xaricindən maliyyələşməsi yolverilməzdir. Çünki hər hansı bir partiya xaricdən maliyyələşəndə həmin partiya xaricdən aslılı vəziyyətində qalır. Ona görə də, qanun bir dəfəlik bunu qadağan edib. Belə hallara yol verən partiyalar cinayət məhsuliyyətinə cəlb olunmalıdır".

Gülyanə

Bütün xəbərlər Facebook səhifəmizdə