Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Yavər Camalov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib.

Yığıncaqda BMA-nın 2013-cü il üzrə işinin yekunlarına dair müzakirələr aparılıb, Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşib. Müdafiə Sənayesi Nazirliyindən nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov müxbir üzvü seçiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə