İsveçrə Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

İsveçrə Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin bu gün rəsmi qarşılanma mərasimi olub. SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verib.

İsveçrənin və Azərbaycanın dövlət himnləri səslənib. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri İsveçrə Prezidenti Didye Burkhalterə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə