Politoloq: “Ölkəmizin müdafiəsi ilə bağlı bütün tədbirləri həyata keçirilir” AÇIQLAMA
"Məsələnin görünən tərəfi odur ki, Azərbaycan öz hərbi gücünü daha da gücləndirir və ölkəmizin müdafiəsi ilə bağlı bütün maksimal tədbirləri həyata keçirir". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov Prezident İlham Əliyevin 28 May Respublika günündə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər" fikrinə münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, rəsmi Bakı bu məsələni sülh yolu ilə həllinin tərəfdarıdır. Amma buna baxmayaraq ordumuz da daha da gücləndirilməlidir: "Son ay ərzində Rusiyadan "T-90" tankı alınıb. Bu tanklar ən qabaqcıl və müasir texnoloji tələblərə cavab verən tanklardır. Hesab edirəm ki, bu tanklar ölkəmizin müdafiəsinin gücləndirilməsi baxımından ciddi uğur sayılmalıdır. Eyni zamanda Azərbaycanın öz ərazisində istehsal olunan silahların təkmilləşdirilməsi və qardaş Türkiyə ilə birgə hərbi sənaye layihələrinin həyata keçirilməsi ordumuzun gücləndirilməsi baxımından mühüm addımdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli o zaman ola bilər ki, işğalçı ölkə öz qeyri-konstruktiv mövqeyindən əl çəksin və Azərbaycanın topaqlarını geri qaytarsın. Hesab edirəm ki, bu məsələ daha aktualdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB