“Bütün dünyanın gözü qarşısında Nursultan Nazarbayev Serj Sarkisyana...”

“Bütün dünyanın gözü qarşısında Nursultan Nazarbayev Serj Sarkisyana...”

"Bütün dünyanın gözü qarşısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev Serj Sarkisyana bir daha bildirdi ki, Dağlıq Qarabağın işğaldan azad olunması labüddür. Qarabağ Azərbaycan ərazisidir. Bununla Ermənistan prezidenti Serj Sarkisiyan aşağlandı və ona çatdırıldı ki, sən qapımıza özgə payı ilə gəlibsən". Bunu SİA-ya açıqlamasında politoloq Tofiq Bayramov deyib.

Politoloqun sözlərinə görə, Astanada keçirilən Avrasiya İttifaqının toplantısında S.Sarkisyana açıq şəkildə deyildi ki, bu ittifaqa daxil olmasında problem yoxdur, ancaq bir şərtlə ki, Ermənistan BMT səviyyəsində təsdiqlənmiş sərhədləri ilə Avrasiya İttifaqına üzv ola bilər: "Bu bir daha xəbərdarlıqdır ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksin və Azərbaycan torpaqlarını azad etsin".

Gülyanə

Bütün xəbərlər Facebook səhifəmizdə