Mayın 27-də Erməni kəşfiyyat-diversiya qrupunun növbəti dəfə postumuza basqın etməsi nəticəsində şəhid olan Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu bu gün Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılıb. SİA-nın məlumatına görə, dəfn mərasimində Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov, Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani, bir sıra hərbi qulluqçular, şəhidin yaxınları, hərbçi yoldaşları iştirak edib.
Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov şəhidin ailəsinə başsağlığı verərək deyib ki, F. Məmmədov 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra motoatıcı tağım komandiri vəzifəsində xidmət edib. Kapitan F. Məmmədov Azərbaycan prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi" yubiley medalları, "Qüsursuz xidmətlərə görə" üçüncü dərəcəli medallarla təltif olunub. Kapitan Fikrət Məmmədov nümunəvi zabit olmaqla yanaşı, həm də mehriban ailə başçısı, iki övlad atası idi.
Azərbayan ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi şəxsi rəşadətə görə kapitan Fikrət Məmmədovun ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunması üçün Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdimat göndərib".
Daha sonra şəhidin Azərbaycanın dövlət bayrağı ilə örtülmüş tabutu hərbi orkestrin və Fəxri Qarovulun iştirakı ilə qaldırılıb. Dəfn zamanı rituallara uyğun olaraq havaya atəş açılıb. Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi və xidmət etdiyi hərbi hissə adından əklil qoyulub.
Dəfndən sonra general-mayor Hikmət Mirzəyev şəhid F. Məmmədovun hərbi geyimini və tabutu üzərinə örtülmüş Azərbaycanın dövlət bayrağını mərhumun ailəsinə təqdim edib.
Xatırladaq ki, mayın 27-də erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib. Basqın zamanı iki nəfər ölüb, bir nəfər isə yaralanıb.
Ötən gün gizirimiz Sumqayıtda dəfn edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB