Marneulidə Gürcüstanın müstəqilik və 28 May – Azərbaycanın Respublika Günü münasibəti ilə tədbir keçirilib

Məhəbbət İmanov: “Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub”
Marneulidə Gürcüstanın müstəqilik və 28 May – Azərbaycanın Respublika Günü münasibəti ilə tədbir keçirilib

"Borçalı İrəli İctimai Birliyi" (BİİB) qeyri-hökumət təşkilatı Gürcüstanın müstəqilik günü və 28 May – Azərbaycanın Respublika Günü münasibətilə tədbir keçirib. Təşkilatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə "Borçalı İrəli İctimai Birliyi"nin sədri Məhəbbət İmanov, Gürcüstan parlamentinin deputatları Azər Süleymanov, Mahir Dərziyev, Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Vüsal Məmmədov, tarix elmləri üzrə professor Quram Marxuliya, Gürcüstan Azərbaycan Mədəni Əlaqələri Assosiasiyasının sədri Tamar Lamparadze və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən təşkilatın sədri Məhəbbət İmanov deyib ki, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub.

Azərbaycanın Gürcüstandakı səfirliyinin I katibi Vüsal Məmmədov hər iki dövlətin milli bayramları münasibətilə səfir Azər Hüseynin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev Azərbaycan və Gürcüstanın dostluq əlaqələrindən bəhs edib. Bu yaxılarda keçirilən Tbilisi sammitinin əhəmiyyətini vurğulayıb.

Tarix elmləri üzrə professor Quram Marxuliya isə Gürcüstan və Azərbaycanın keçdiyi tarixi yola nəzər salıb.

Gürcüstan Azərbaycan Mədəni Əlaqələri Assosiasiyasının sədri Tamar Lamparadze də iki ölkənin möhkəm dostluq əlaqələrindən danışıb.

Təşkilatın idarə heyətinin üzvü Aybəy İsayev isə Gürcüstan və Azərbaycan demokratik respublikalarının yarandığı dövrdə mövcud geosiyasi vəziyyəti analiz edib. Azərbaycan və Gürcüstanın hər zaman bir yerdə olduqlarını və bir-birlərinə dəstək verdiklərini vurğulayıb.

Tədbir ictimaiyyət nümayəndələrinin çıxışı ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə