Zərifə Quliyeva: "Qadınların dövlət qulluğunda irəliyə çəkilməsi öz bəhrəsini verməkdədir" RƏY
"Hadisələr göstərir ki, YAP həqiqi mənada bu günümüzlə yaşayan, sabahımıza aparan yolda bələdçi olan partiyadır. Ölkənin siyasi həyatında avanqard olduğunu artıq əməli fəaliyyəti, xalq arasında möhkəmlənən mövqeyi ilə təsdiq etmişdir". Bu fikirləri SİA-ya açıqlamasında YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva partiyanın Qadınlar Şurasının Konfransına münasibətini bildirərkən deyib.
Onun bildirdiyinə görə, müəllifi ümummilli lider Heydər Əliyev olan müstəqil, suveren Azərbaycan xalqını ətrafında birləşdirmək iqtidarında olan YAP möhtəşəm, vahid siyasi qüvvədir: "Məqsədi, məramı daim açıq, xalqın istəklərinə uyğun olduğu üçündür ki, YAP sıraları artmaqdadır. Partiyaya axında qadınların çoxluq təşkil etməsi isə xüsusilə vurğulanmalıdır. Daim Azərbaycan qadınının əməyini yüksək qiymətləndirən, ölkədə qadın siyasətinin möhkəmlənməsinə xüsusi diqqətlə yanaşan ulu öndərin təşəbbüsü ilə yaradılan YAP Qadınlar Şurası cəmiyyətin aparıcı qüvvəsi kimi öz üzərinə düşən vəzifləri ləyaqətlə yerinə yetirir. Bu gün Qadınlar Şurası gördüyü işlər barədə hesabat verdi. Konfransda deyilənlər də təsdiqlədi ki, cəmiyyətin avanqard qüvvəsi olan qadınlarımız məclislərinə qazandıqları uğurları ilə gəlmişlər".
Ulu öndərimizin təməlini qoyduğu qadın siyasətini yeni mərhələ və keyfiyyət üzrə davam etdirən Prezident, YAP sədri İlham Əliyevin hər zaman qadınların cəmiyyətdə, ictimai işlərdə fəal olmasını yüksək dəyərləndirdiyini deyən Zərifə Quliyeva həmçinin bildirib ki, gənc qadınların dövlət qulluğunda irəliyə çəkilməsi, onların hüquqlarının müdafiəsi, məişət şəraitinin yaxşılaşdırılması üçün aparılan islahatlar bəhrəsini verməkdədir: "Cəmiyyətin kiçik parçası sayılan ailənin möhkəm təməli üçün məsuliyyət daşıyan analara nümunə, təşəbbüsləri ilə qadınlarımıza örnək olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın tək ölkə daxilində deyil, beynəlxalq səviyyədə həyata keçiridiyi təşəbbüslər hər birimiz üçün örnəkdir. Azərbaycan qadınlarını dünya birliyində tanıdan Mehriban xanımın ardıcılları kimi bizim də əsas vəzifəmiz ölkəmizin qüdrətlənməsi, dinamik inkişafı naminə qüvvələrimizi səfərbər edib Vətənin sabahı naminə daha çox çalışmaq, başqalarına da örnək olmaqdır. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva partiyada təmsil olunan qadınların təşəbbüskarlığının artırılması, ictimai- siyasi sahələrdə fəallığının yüksəlməsi, humanist və xeyirxahlıq aksiyalarında iştirakı üçün qüvvələri səfərbər edir, qadınların həyat tərzi ilə maraqlanır, siyasi kampaniylar zamanı təbliğat-təşviqat işlərinin təşkilində fəallıq göstərir. Bu gün konfransın belə yüksək səviyyədə keçirilməsinin özü ölkədə qadın hərəkatının genişlənməsi, xanımlarımızın ölkənin ictimai-siyasi həyatında fəal iştirakının nümunəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB