Sədaqət Qəhrəmanova: "Bu gün YAP-ın qadın təmsilçilərinin çox böyük fəallığı hiss olunur"
"Ümumiyyətlə, bütün siyasi partiyalar arasında Yeni Azərbaycan Partiyası onunla seçilir ki, qadınlar burada çoxluq təkil etməklə yanaşı həm də xüsusi fəallıq göstərirlər". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova YAP Qadınlar Şurasının növbəti Konfransına münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan qadınlarının, Yeni Azərbaycan Partiyasının qadın təmsilçilərinin çox böyük fəallığı hiss olunur. Bu da ondan irəli gəlir ki, Azərbaycanda böyük inkişaf, irəliləyiş var: "YAP qadınları da bu inkişafa öz töhfələrini verməyə çalışırlar. Bu gün qadınlar arasında həmrəylik mövcuddur. Bu həmrəylik qadınlarla bağlı istənilən məsələlərin həllinə öz müsbət təsirini göstərir. Qadınların cəmiyyətdə rolunun artması, sahibkarlıq fəaliyyətlərinin genişlənməsi məhz onlara diqqət və qayğıdan irəli gəlir. Qadınlarımızın təkcə dövlət qurumlarında deyil, qeyri-dövlət qurumlarında da fəallıqlarının təmin edilməsi istiqamətində mühm addımlar atılır".
Bələdiyələrdə, parlamentdə təmsilçilk faizlərinin artmasının da müsbət nəticələr sırasında olduğunu deyən Komitə sədrinin müavini eyni zamanda bildirib ki, son bələdiyyə seçkilərində qadınların təmsilcilik faizləri 2-3 faizdən 30 faizə qədər artdı: "Bu da aparılan uğurlu qadın siyasətinin nəticəsidir. Düşünürəm ki, bugünkü konfrans da bu kimi məsələlərin həllinə öz müsbət təsirini göstərəcək. Regionlarda qadınların problemlərin həlli istiqamətində zəruri addımlar atılır. Qadınlar dövlətimizin, dövlətçiilyimizin, müstəqilliyimizin, bu günümüzün və gələcəyimizin dayağıdır. Bu fikir onun təsdiqidir ki, qadınlar təkcə dövlət qurumlarında təmsilçiliyi, liderliyi ilə yox, ailədə övladların vətənə layiqli vətəndaş kimi yetişdirilməsində də böyük məsuliyyət daşıyırlar. Ölkəmizdə qadın siyasəti çox uğurla həyata keçirilir. Düşünürəm ki, konfrans da bu sahədə böyük əhmiyyətə malikdir. Qadınlar bir araya gəlib, fikir mübadiləsi aparmaqla qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfələrini verəcəklər. Qarşıdakı illərdə bizi çox böyük uğurlar gözləyir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB