"Azərbaycanda ötən 5 il müddətində xeyli dəyişiklilər baş verib. Həqiqətən, bugünkü toplantıda iştirak hər birimizin qəlbində qürur yaradır". SİA-nın məlumatına görə, bunu YAP Qadınlar Şurasının Ümumrespublika konfransında çıxışı zamanı Baş nazirin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib.
YAP rəsmisinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev və bu siyasi kursun layiqli davamçısı YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qadınlarına böyük diqqət və qayğı var: "Azərbaycan əhalisinin 50 faizindən çoxunu qadınlar təşkil edir. YAP Azərbaycan qadınlarının ictimai-siyasi qoşulması baxımından çox etibarlı bir platformadır. Artıq onlar bununla özlərini ifadə edə bilirlər. 5 il ərzində YAP Qadınlar Şurası əhəmiyyətli dərəcədə inkişaf edib. Bütövlükdə hakim partiyanın fəaliyyəti Azərbaycanın hüdudlarından kənara çıxdığı kimi, YAP Qadınlar Şurasının fəaliyyəti də artıq ölkə hüdudlarından kənara çıxıb. Güman edirəm ki, qarşıdakı illər ərzində YAP Qadınlar Şurasının fəaliyyəti daha da genişlənəcək.
Baş nazirin müavini bildirib ki, Azərbaycanda bu ilin dekabr ayında növbəti bələdiyyə eçkiləri keçiriləcək: "2009-cu ilin bələdiyyə seçkilərində qadınlarımız fəal iştirak etdilər. İnanırıq ki, bu seçkilərdə də ölkə qadınları daha fəal iştirak edəcəklər. YAP böyük və əzəmətli bir gücdür. Nə qədər çox insan YAP-ın ətrafında birləşərsə, bir o qədər Azərbaycan cəmiyyətində daxili birlik güclənmiş olar. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət uğurla davam edir. Qadın sadəcə olaraq cəmiyyətin bir üzvü kimi fəaliyyət göstərmir. Hakim partiyada birləşən 300 minə yaxın qadınlarımız Azərbaycanın işıqlanmasına özünün töhvələrini verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB