Əli Həsənov: “Azərbaycanın qarşılıqlı etimad problemi heç vaxt olmayıb və olmayacaq”
"Azərbaycanın qarşılıqlı etimad problemi heç vaxt olmayıb və olmayacaq. Ermənilərlə 200 il birlikdə yaşamışıq. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapandan sonra əvvəlki qaydada ermənilərlə həmin yerlərdə birgəyaşayış davam edəcək". SİA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə birgə keçirilən mətbuat konfransında deyib.
Ə.Həsənov vurğulayıb ki, əgər qarşılıqlı etimad pozulacaqsa, bu, yalnız ermənilər tərəfindən baş verə bilər, çünki Azərbaycan tərəfindən heç vaxt belə hal olmayıb, və olmayacaq da.
Ə.Həsənov xatırladıb ki, bu günlərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər zamanı Laçına gedərkən orada Ermənistan rəhbərliyi tərəfindən amerikalı həmsədrə qarşı hücum təşkil edilib: "Mən nəyə görə deyirəm ki, Ermənistan rəhbərliyi? Çünki bu başqa cür də mümkün deyil. Bu pozuntular həmişə Ermənistan tərəfindən olub və bu gün də var. Bunu da beynəlxalq aləm və dövlətlər gördü".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycan dövləti Dağlıq Qarabağın bir qarışını da Ermənistana güzəştə getməyəcək: "Bu, Azərbaycan prezidenti, hökuməti və xalqının birmənalı, dönməz mövqeyidir. Ermənilər nə qədər bunu tez başa düşsələr, düz, konstruktiv yola gəlsələr, daha yaxşı olkacaq. Hələ ki, itirən onlardır. Bu problem öz həllini tapacaq. Ermənilər son anda görəcəklər ki, uduzan özləridir".
Ə.Həsənov beynəlxalq təşkilatların, onların qəbul etdiyi sənədlərə onların özləri tərəfiondən laqeyd münasibət bəsləmələrindən də danışıb: "Hər dəfə müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənədlər qəbul olunur. Ancaq hələ ki heç bir nəticə yoxdur. Ancaq Ermənistan tərəfi bilməlidir ki, vaxt gələcək, bütün sənədlər öz təsirini göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB