Oqtay Əsədov AŞPA sədri ilə görüşdü

Oqtay Əsədov AŞPA sədri ilə görüşdü

Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının sədri, xanım Anna Brassör ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə O. Əsədov A. Brassör ilə 2012-ci ildə keçirdiyi görüşü xatırladıb və növbəti görüşün Bakıda, Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsinin iclasında reallaşmasını məmnunluqla qeyd edib.

O bildirib ki, Azərbaycan bu iclasın yüksək səviyyədə keçirilməsi üçün əlindən gələni edib, heç bir nöqsan yoxdur.

A. Brassör deyib ki, Azərbaycan bir sıra sahələrdə böyük uğurlar əldə edib, eyni zamanda ölkə Avropa Şurasının bir sıra konvensiyalarını qəbul edib. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində müəyyən etdiyi prioritetləri yüksək qiymətləndirib.

Daha sonra AŞPA rəhbəri qurumun əhatə etdiyi sahələrlə bağlı onlarda yaranan suallar ətrafında müzakirə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə