"Görünür Natiq Cəfərli danışıqların nədən getməsi haqqında məlumatsız olduğu üçün belə ifadlər işlədib". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı REAL Hərəkatının İcraçı katibi Natiq Cəfərlinin xarici diolomatlarla görüşən müxalifət liderlərini sərt ittiham etməsinə münasibət bildirərkən deyib. Lakin buna rəğmən, Müsavat yetkilisi REAL rəsmisini diqqətli olmağa və gələcəkdə belə səhvlərə yol verməməyə çağırıb: "Yaxşı olardı ki, o, müəyyən fikirlərini və mülahizələrini irəli sürərkən, ifadələrində diqqətli olsun, gələcəkdə belə səhvlər buraxmasın".
Qeyd edək ki, REAL Hərəkatının İcraçı katibi Natiq Cəfərli öz növbəsində mətbuata açıqlama verərkən bildirib ki, müxalifət nümayəndələri xarici diplomatlarla görüşərkən həm vaxt alırlar, həm də sərsəm danışıqları ilə müxalifət adına ləkə gətirirlər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB