Bu gün Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrek Komitəsinin birgə təşkilatçılığı ilə "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda" ilk qlobal konfrans keçirilir. SİA-nın məlumatına görə, tədbirdə DGK-nin sədri Aydın Əliyev, Baş nazirin müavini Abid Şərifov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov, UNCU-nun prezidenti Deyvid Uiddouson və digər qonaqlar iştirak edib.
65 ölkədən 200-dək nümayəndə, o cümlədən iqtisadiyyat üzrə Nobel mükafatı laureatı əvvəlcə Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub. Qonaqlar sonra oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarını ziyarə edərək gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları ziyarət olunub.
Daha sonra konfrans "Gülüstan" sarayında davam etdirilib.
DGK-nin sədri Aydın Əliyev mərasimi giriş nitqi ilə açaraq deyib ki, son zamanlar Azərbaycan iqtisadiyyatı daha da güclənir və ölkəmizin nüfuzu getdikcə artır: "Artıq bütün dünya ölkəmizin artan nüfuzunu görür və bunu çox yüksək qiymətləndirir. Bütün bunlara baxmayaraq, çox təəssüf ki, hələ də Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz öz yurdlarından didərgin düşüb ə onların hüquqları kobud şəkildə pozulub. Beynəlxalq qurumlar indiyədək bu problemin həllinə göz yumur. Buna baxmayaraq, artıq cənab Prezident İlham Əliyev 10 ildən artıqdır ki, ölkəmizə rəhbərlik edir və iqtisadiyyatımız, ordumuz günü-gündən güclənməkdədir. Hesab edirəm ki, bu konfransın da ölkəmizdə keçirilməsi beynəlxalq əməkdaşlıqda mühüm rola malik olacaq. Çünki burada bir çox vacib məsələlər müzakirə ediləcək və yekun nəticəyə gəlinəcək".
INCU-nun prezidenti Deyvid Uiddouson konfransın belə yüksək səviyyədə təşkilinə görə, Azərbaycan dövlətinə və DGK-nin sədri Aydın Əliyevə təşəkkürünü bildirib: "Hesab edirəm ki, bu kimi konfranslar hər bir ölkənin gömrük sahəsində gördüyü işlərin təhlili baxımından mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, gömrük peşəsinin artırılması istiqamətində bu işlər genişləndirilməlidir. Burada müzakirə olunan məsələlər gələcək prespektivdə önəmli rol oynayacaq".
Baş nazirin müavini Abid Şərifov isə vurğulayıb ki, artıq mayın 28-də Azərbaycan öz Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümünü qeyd edəcək: "Ümummillli Lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmiz parçalanmaq təhlükəsindən xilas oldu və Azərbaycanın iqtisadiyyatı yenidən dirçəldi. Hazırda bu siyasi kurs cənab Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son 10 ildə Ümumi daxili məhsul 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Bu gün bütün dünya dövlətləri Azərbaycanda görülən işləri yüksək qiymətləndirir və bunu özlərinə nümunə göstərirlər. Təəssüf doğuran məqam isə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulmasıdır. Hələ də beynəlxalq təşkilatlar bu məsələyə göz yumurlar. Bu gün Azərbaycam ordusunun güclənməsi isə heç kimə sirr deyil. Hesab edirəm ki, bu konfransın Bakıda təşkili beynəlxalq əməkdaşlığın inkişafında müstəsna xidmətlərə malik olacaq".
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş müdiri, səfir Roberto Azevedon tədbirdə iştirak edə bilmədiyindən öz salamlarını videoçarx vasitəsilə qonaqlara çatdırıb. Əsas məruzələrlə isə iqtisad elmlər üzrə Nobel mükafatı laureatları - London İqtisadiyyat Məktəbində iqtisadi elmlər və politologiya üzrə professor, Kral kafedrasının professoru Kristofer Pissarides və Nyu-York Universitetinin iqtisadi elmlər professoru Tomas C.Sargent çıxış ediblər.
Tədbirin ilk günü "Ticarətin asanlaşdırılmasında beynəlxalq təşkilatların rolu" və "Gömrük xidməti rəhbərlərinin gələcəklə bağlı baxışları" mövzularında məruzələrlə yekunlaşacaq.
Qeyd edək ki, qlobal konfrans mayın 23-də öz işini başa çatdıracaq.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB