Anna Brassöürün Azərbaycana səfər proqramı açıqlandı

Anna Brassöürün Azərbaycana səfər proqramı açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti An Brassörün mayın 22-də Azərbaycana səfərinin proqramı açıqlanıb.

SİA-nın AŞ PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Brassör AŞ PA Daimi Komitəsinin iclası çərçivəsində Bakıda yüksək səviyyəli danışıqlar aparacaq.

Məlumatda qeyd olunur ki, mayın 22-də A.Brassör Azərbaycanın rəhbərliyi və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Mayın 23-də isə AŞ PA prezidentinin Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

A.Brassör səfərin yekunlarına dair mayın 23-də mətbuat konfransı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə