Elçin Mirzəbəyli: “Bu müsahibə səfirin nə təcrübəsinə, nə də statusuna yaraşmırdı” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Bu müsahibə səfirin nə təcrübəsinə, nə də statusuna yaraşmırdı” AÇIQLAMA

"ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Azadlıq radiosuna" verdiyi müsahibədə bir neçə məqamla bağlı özünü təkzib edib. Bu baxımdan da hesab edirəm ki, onu verdiyi müsahibə tələsik olub". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçinin sözlərinə görə, burada bütün detallar heç də ölçülüb-biçilməyib: "Səfir öz müsahibəsində qeyd edib ki, "çoxları ABŞ-dan daha çox şey gözləyir amma biz mövcud şəraitdə əlimizdən gələni edirik". Elə əslində Azərbaycan da indiki şəraitdə əlindən gələninin daha artığını edir. Bundan daha artığını etmək isə son nəticədə Azərbaycanda Qərb siyasətinin oyun oynadığı məkanlarda baş verən prosesləri üz-üzə qoya bilər. Bu baxımdan ölkəmiz məqsədəuyğun və ardıcıl şəkildə cəmiyyəti hazırlayaraq nəyi doğru hesab edirsə, o islahatları da aparır. Bu, nə ABŞ-ın, nə də digər dövlətlərin iddiyalarına əsasən həyata keçirilmir. Bu mənada hesab edirəm ki, R.Morninqstar gərək öz müsahibəsində bütün bu məqamları nəzərə alardı. Bu müsahibə səfirin nə təcrübəsinə, nə də statusuna yaraşmırdı. Şübhəsiz ki, bu müsahibəyə verilən təpkilər də yerli-yerindədir. Həmin təpkilər Azərbaycan dövlətinin və xalqının mövqeyini ifadə edir.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun səfirin dediklərinə qarşılıq olaraq müsahibəsində Azərbaycan ictimaiyyətinin prinsip etibarı ilə mövqeyi, bütövlükdə ölkəmizdəki siyasi proseslərə münasibəti ardıcıl şəkildə öz əksini tapıb".

Bütün xəbərlər Facebook səhifəmizdə