Elman Nəsirli: “Həmsədrlər qaldırdıqları məsələdə isarlı və adekvat addımlar atmalıdır”
"Bu günlərdə Kornegi fondunun Vaşinqton bürosunda amerikalı həmsədr Ceyms Uorlik məruzə ilə çıxış etdi. O, əslində yerlərini dəyişməklə 2009-cu ilin dekabr ayında Afinada ATƏT-in xarici işlər nazirlərinin toplantısında irəli sürülən yenilənmiş Madrid prinsiplərinin 6 maddəsini sadaladı". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elman Nəsirli deyib. O, həmin baza prinsiplərində Dağlıq Qarbağın hüdudlarından kənardakı 7 rayonun işğal altında olması faktı qeyd olunduğunu və həmin torpaqların azad olunmasına çağırışın öz əksini tapığını qeyd edib.
Politoloq bildirib ki, həmsədrlər Laçında buranın azad olunması barədə fikir söyləməklə, yenilənmiş Madrid prinsiplərinin yerinə yetirilməsi ilə bağlı mövqe bildiriblər: "Bu, yeni deyil. Azərbaycan həmin yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə indiyə kimi bunu qəbul etməyib. Həmsədrlər konkret həmin prinsiplərin tərkib hisəssindən biri olan Laçın rayonunun azad olunması məsələsini qoyublar. Onlar Ermənistanın da bildiyi bu məlum məsələni indi daha ucadan səsləndirməyə başlayıblar. Bu, bir az pozitiv haldır. Biz bunu təqdir edirik. Əvvəllər biz bu yanaşmanı görmürdük".
E. Nəsirli Ermənistanın danışıqları imitasiya etdiyini qeyd edib: "Ermənistan danışıqlardan imtina etdiyini bildirməsə də, imitasiya edir. Nəticə etirabarı ilə bu prinsipləri qəbul etmədiyini bəyan etmiş olur. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçının işğaldan azad olunmalı olduğunu ucadan səsləndirməsini müəyyən mənada Ermənistanın mövqeyinə təsir kimi də dəyərləndirmək olar. Amma təsir gərək ardıcıl, davamlı, artma tendensiyası ilə olsun. Yəni, bu gün belə bəyanat verib, bir müddət sonra yenidən passiv mövqe seçəcəklərsə, bu, rəsmi İrəvan tərəfindən fərqli prizmadan qiymətləndirilir və Ermənistanda arxayınçılıq sindromu formalaşır. Həmsədrlər qaldırdıqları məsələdə isarlı və adekvat addımlar atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB