Aydın Mirzəzadə: ""Azadlıq Radiosu" Morninqstarı müəyyən təxribata çəkib" MÖVQE
"Riçard Morniqstar çox təcrübəli, diplomatiyanı gözəl bilən, eləcə də Azərbaycan hökuməti ilə yüksək səviyyədə münasibət qurmuş bir insandır". Bu fikirləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morniqstarın ötən gün "Azadlıq Radiosu"na verdiyi müsahibəsində "Hökumət tamamilə gərəksiz bir iş görür, biz bu işlərin ümumiyyətlə niyə baş verdiyini anlaya bilmirik" ifadəsinə münasibətini açıqlayarkən deyib.
Aydın Mirzəzadə Morninqstarın səfirliyi dövründə Azərbaycan-ABŞ münasibətlərinin daima inkişaf etdiyini və onun səmimi şəkildə Azərbaycan problemlərinə həssaslıqla yanaşdığını xatırladıb: "ABŞ səfirinin fikirləri təəccüb doğurur. Çünki onu Azərbaycanda necə tanımağımızla həmin bəyanatı bir-biri ilə ziddiyyət təşkil edir. Mümkündür ki, sadəcə olaraq, "Azadlıq Radiosu" onu müəyyən təxribata çəkib. Yəni jurnalistikada çox təəssüf ki, belə hallar olur. Ancaq bununla belə, Azərbaycan hökümətinin hansı dəyərli işlərlə məşğul olması göz qarşısındadır".
Azərbaycan hökumətinin apardığı siyasət nəticəsində ölkəmizin müstəqilliyinin təmin edildiyini vurğulayan YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Azərbaycan güclü, inkiaşaf edən stabil dövlət kimi beynəlxalq aləmdə bərqərar olib: "Azərbaycan dövləti dəyərli fəaliyyəti ilə vətəndaşının təhlükəsizliyini təmin edib. Ölkə vətəndaşlarının sosial-rifah halını dəfələrlə yaxşılaşdırıb, iş yerlərinin sayı artır, orta əmək haqqları yüksəlir. Azərbaycan hökumətinin dəyərli fəaliyyəti nəticəsində ölkədə insan haqlarının təmin edilməsi üçün maksimum şərait yaradılıb. Azərbaycanda prüalizm var, siyai müxalifət azad fəaliyyət göstərə bilir. Onların gündəlik mətbuatları, internet resursları kifayət qədər sərbəst fəaliyyətdədirlər. Açıq cəmiyyətimiz var və hər bir kəsin konstitusion hüquqları qorunur. Hesab edirəm ki, Morninqstarın bu bəyanatına sonradan ya cənab səfirin, ya da Amerika səfirliyinin özü yenidən bir izahat verəcəkdir. Hər halda, onun sözlərinin ya kontekstdən çıxarıldığını, yaxud da adıçəkilən radionun ABŞ səfirini təxribata çəkdiyini də düşünmək olar".
Millət vəkili vurğulayıb ki, bütün bunlara rəğmən, Riçard Morniqstar dəfələrlə özünün mətbuata verdiyi açıqlamalarında Azərbaycanda gedən prosesləi müsbət qiymətləndirib: "Bu yaxınlarda onun ilk növbədə, Azərbaycanın işğal edilmiş ərazilərinin yeddi rayonunun mütləq qaytarılmasının vacibliyi barədə verdiyi bəyanatı ölkə ictimaiyyətində çox böyük rəğbətlə qarşılandı. O, bununla Dağlıq Qarabağ probleminin həllində ABŞ-ın ATƏT-in Minsk Qrupunda tutduğu prinsipial mövqeyini göstərib. Hər halda onun fəaliyyətinin müsbət cizgilərini görürəm. Bu bəyanat isə onun əvvəl verdiyi bəyanatları ilə ziddiyyət təşkil edir. Çox istərdim ki, bu məsələyə əlavə bir aydınlıq gətirilsin".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB