Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilati Gənclər Birliyi Aztelekom İB gəncləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Aztelekom İB-nin Gənclər Birliyinin sədri Emil Rzayev Ərazi İlk Partiya Təşkilatı Gənclər Birliyinin fəaliyyət haqqında məlumat verib, təşkilatın gördüyü işlərdən geniş söz açıb.
Daha sonra çıxış edən YAP Yasamal Rayon Təşkilati Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev ölkədə aparılan gənclər siyasətinə toxunub. Son bir neçə il ərzində ölkə başçısı İlham Əliyev tərəfindən gənclər siyasəti ilə bağlı verilən sərəncamları xatırladan B. Nəbiyev deyib ki, görülən işlər ölkədə aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir: "Bir təhsil müəssisəsinin işçisi kimi bildirim ki, ölkə başçısı İlham Əliyev tərəfindən 5000-dən çox gəncin xaricdə təhsil alması ilə bağlı verilən sərəncam təqdirəlayiqdir. Eyni zamanda Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısının digər göstəricisi istedadlı gənclər üçün təsis edilən mükafatdır. Belə ki, bu il 6 gənc təsis edilən mükafatla təltif olunacaq. Hesab edirəm ki, atılan bu addımlar ölkə gənclərinə böyük stimul verir".
YAP Yasamal Rayon Təşkilati Gənclər Birliyinin sədr müavini Elməddin Əmirov isə son illər Azərbaycan dövlətinin qazandığı uğurlardan söz açıb. Vurğulayıb ki, ölkəmiz günü-gündən inkişaf edir.
E.Əmirov bildirib ki, bu gün İKT sahəsində də böyük işlər görülür və artıq ən ucqar kəndlərimizdə də internet problemi öz həllini tapıb.
Daha sonra çıxış edən gənclər onlara yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilati Gənclər Birliyinin rəhbərliyi Aztelekom İB YAP Gənclər Birliyinin üzvlərinin iş şəraiti il tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB