Tənzilə Rüstəmxanlı: “Ələkrəm Hümbətovun azadlığa çıxması üçün hər cür iş görən Leyla Yunus idi”
"Bu insanlar illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Ölkəmizdən kənarda bizi istəməyən, dövlətimizin dünya miqyasında qazandığı mövqeyini zəiflətməyə çalışan qüvvələrlə əməkdaşlıq edənlərin insan haqlarından, dövlətçilikdən danışmağa haqları yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusun Azərbaycan dövlətçiliyi və milli maraqlarına qarşı fəaliyyətinə münasibətni açıqlayarkən deyib.
"Bunlar dövlətimizin əleyhinə çox ciddi işlərlə məşğul olurlar"-deyə vurğulayan Tənzilə Rüstəmxanlı onu da qeyd edib ki, Leyla Yunus və onu müdafiə edənlər xarici ölkələrdə Azərbaycan əleyhinə çıxarılan qərarlar, verilən bəyanatlara birinci imza atanlardır: "Dəfələrlə bu halların şəxsən şahidi olmuşam. Ələkrəm Hümbətovun azadlığa buraxılması üçün hər cür iş görən Leyla Yunus idi. Sonra Əlikram nə etdi? Ermənilərlə birgə dövlətimizə qarşı fəaliyyətə başladı. Bax, budur Leyla Yunus və onun müdafiə etdiyi insanların əsl "siması"!".
Tənzilə Rüstəmxanlı Leyla Yunusun təşkilatının və ona dəstək göstərən digər bu kimi hüquq müdafiə təşkilatlarının işlərinə xitam verilməli olduğunu da bildirdib: "Əgər hər hansı bir qurum dövlətin, hökümətin əleyhinə hər fəaliyyət göstərirsə onun fəaliyyətinə mütləq, gecikmədən xitam verilməlidir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB