Niyaməddin Orduxanlı: “İsa Qəmbər və Əli Kərimli milli maraqlarımıza zərbə vurmağa hazırdılar”
"Fransanın maraqlarına kim daha çox xidmət edirsə, kim onların fikirlərini ifadə edirsə məhz o insanlarla əməkdaşlıq edirlər". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı radikal müxalifət liderlərinin, düşərgəyə yaxın mətbuat nümayəndələrinin və siyasiləşmiş QHT-lərin Fransa prezidenti Fransua Ollandla görüşlərinə və həmin görüşdəki anti dövlətçilik çıxışlarına münasibətini bildirərkən deyib.
"Azərbaycanda radikal müxalifət siyasi hakimiyyətə gəlmək naminə istənilən qüvvələrlə əməkdaşlıq etməyə hazırdılar", - deyə qeyd edən BAXCP rəsmisi onu da bildirib ki, həmin qüvvələrin məqsədləri hakimiyyətə təzyiq etməkdən ibarətdir: "Bu baxımdan da Azərbaycan hakimiyyətinə daha çox hansı siyasi qüvvə ilə təzyiq etmək mümkündürsə onlarla danışıqlar aparırlar".
Niyaməddin Orduxanlı Müsavat və AXCP liderlərinin də sözügedən məqsədlərə xidmət etdiklərini istisna etməyib: "İsa Qəmbər və Əli Kərimlinin görüş üçün seçilmələri bu nöqteyi nəzərdən qiymətləndirilməlidir. Hər ikisi ölkəmizin milli maraqlarına zərbə vurmağa hazır olan insanlardır. Fikir versək görərik ki, parlamentdə təmsil olunan müxalifət nümayəndələrini belə görüşə dəvət etmədilər. Bütün bunlar bir daha onu göstərir ki, Fransa höküməti Azərbaycanla əməkdaşlığa maraqlı olsa da dövlətçilik amilinə biganədir. Bu, zaman-zaman özünü göstərib".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB