Qüdrət Həsənquliyev: “Uorlikin təklifləri beynəlxalq hüquqa söykənmir”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təkliflərinə münasibət bildirib. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, BAXCP sədri bildirib ki, C.Uorlikin Karnegi Fondunda verdiyi təkliflər problemin ədalətli və beynəlxalq hüquqa söykənən həllinə xidmət etmir: "Verilən təkliflərdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair müddəa nəzərdə tutulmayıb. Bu isə ABŞ-ın ermənipərəst və ikili standartlar siyasətindən xəbər verir. ABŞ-dakı erməni diasporunun hay-küyü isə riyakarlıqdan başqa bir şey deyil. Onlar hər zaman daha maksimalist mövqe sərgiləyir və bu yolla vasitəçilərə təzyiq edir, dolayısı ilə bizi sakitləşdirmək istəyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB