Zakir Həsənov İtaliya Senatı Müdafiə Komissiyasının sədrini qəbul edib FOTO

Zakir Həsənov İtaliya Senatı Müdafiə Komissiyasının sədrini qəbul edib FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İtaliya Senatının Müdafiə Komissiyasının sədri Nikola Latorreni qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan-İtaliya hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə