YAP rəsmisi: “Üç ölkə birgə və ardıcıl şəkildə böyük layihələr həyata keçirir” MÜNASİBƏT

YAP rəsmisi: “Üç ölkə birgə və ardıcıl şəkildə böyük layihələr həyata keçirir” MÜNASİBƏT

"Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələri çox yüksək səviyyədədir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən sammit və üç ölkə arasındakı əlaqələrdən danışarkən deyib.

YAP İcra katibi müavininin sözlərinə görə, üç ölkə birgə və ardıcıl şəkildə olaraq çox böyük layihələr həyata keçirir: "İstər neft-qaz sahəsində, istər yol, istərsə də digər sahələrdə olsun, bu proseslər davamlı olaraq həyata keçirilir. O baxımdan hesab edirəm ki, bu əlaqələr gələcəkdə daha da güclənəcək. Çünki Avropa İttifaqının ən iri layihələrini Azərbaycanın təşəbbüsü ilə məhz bu dövlətlər həyata keçirib. Biz qonşu dövlətik və qarşılıqlı olaraq bir-birimizə hər zaman yardım etrməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə