Marqvelaşvili: “Biz əməkdaşlığımızı Avropa və Asiya ölkələri istiqamətində genişləndiririk”
Sabitliyi bərpa etmək üçün regional layihələrə mümkün qədər daha çox ölkə qoşulmalıdır. SİA-nın Trend-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin üçtərəfli sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
G.Marqvelaşvili qeyd edib: "Biz bütün yeni ölkələrin regional layihələrə qoşulma arealını genişləndirmək niyyətindəyik, çünki onların qoşulması Xəzər, Qara və Aralıq dənizləri regionunda sabitliyin zəmanəti olacaq".
Gürcüstanın dövlət başçısı əməkdaşlığa görə Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkürünü bildirib: "Onlar həmişə Gürcüstanın tərəfdaşı olublar və hər iki prezidentlə birgə iri layihələr həyata keçirmişik. Bu layihələr təkcə üç ölkənin iqtisadi inkişafına və xalqlarının rifahına deyil, həm də ölkələrimizin hüdudları kənarında yaşayan milyonlara insanın rifahına əsas yer verir".
G.Marqvelaşvili vurğulayıb: "Biz sıx əməkdaşlığımızın verdiyi rifahdan daha çox ölkənin istifadə edə bilməsi üçün əməkdaşlığımızı Avropa və Asiya ölkələri istiqamətində genişləndiririk".
Prezident əməkdaşlığa görə İlham Əliyev və Abdullah Gülə minnətdarlığını bildirib və bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB