Qərb və Ermənistan Rusiya ermənilərinin iştirakı ilə postputin dövrünə hazırlaşırlar

Qərb və Ermənistan Rusiya ermənilərinin iştirakı ilə postputin dövrünə hazırlaşırlar

"Qərb və Ermənistan Rusiya ermənilərinin iştirakı ilə indiki resurslarını konservasiya edib postputin dövrünə hazırlaşırlar". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanın Aİ-ə inteqrasiyası ideyası yenidən aktuallaşıb: "Söhbət təkcə assosiativ üzvlük haqqında müqavilənin siyasi hissəsinin imzalanmasından getmir. Polşanın Ermənistandakı səfirinin Ermənistanda keçirilən biznes forumda verdiyi bəyanatlar praktiki iqtisadi sahəni əhatə edir. Fransa səfiri məhz indi yaxın zamanlarda "Carrefour" mağazalar şəbəkələrinin Yerevanda açılacağını bəyan etdi. Avropa Parlamentinin Ermənistanla əlaqələr komissiyasının sədri F.Engel assosiativ müqavilənin siyasi hissəsinin imzalanmasının mümkünlüyünü bildirdi. Bir az ondan əvvəl digər Avropa komissar Ş.Fülenin mətbuat katibi P.Stano isə assosiativ siyasi müqavilənin başqa adla imzalanmasının mümkünlüyündən danışdı. Almaniyanın Ermənistandakı səfiri R.Morel belə bəyanat verdi. Aİ-nin Ermənistandakı səfiri T.Xristea əvvəki fikirlərindən nisbətən fərqli mövqe ortalığa qoydu: Aİ qapını Ermənistanın üzünə bağlamır. Ermənistanla sektoral əməkdaşlıq edəcəkdir. Prezident S.Sərkisyan avroparlamentari, Ermənistan komissiyasının sədri F.Engeli qəbul edərkən Ermənistanın Aİ ilə münasibətində heç nəyin dəyişmədiyini Ermənistanın əvvəlki qaydada Aİ ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirdi".

M.Əhmədoğlu bildirib ki, Qərb Ermənistanla əməkdaşlığın müxtəlif yollarını axtarır. Qərb və Ermənistan indiki imkanlarını konservasiya edib postputin dövrünə hazırlaşırlar.

Politoloq deyib ki, Rusiyanın Ermənistanı Gömrük İttifaqına qoşması istiqamətində səyləri nəticəsiz qala bilər: "Prezident S.Sərkisyan Rusiyanın gücünə inanmır. Ukrayna məsələsində Qərb-Rusiya qarşıdurmasının indiki dövründə S.Sərkisyan Rusiyanı deyil Qərbi daha güclü hesab edir".

M.Əhmədoğlu vurğulayıb ki, ermənilərin Rusiyanın hakim elitasında güclü mənbələri var: "S. Sərkisyan həmin mənbələrdən aldığı məlumata görə, Rusiyanı zəif, Qərbi isə güclü hesab edir.

Bütün xəbərlər Facebook səhifəmizdə