Zərdabda Ümummilli liderin 91-ci ildönümünə həsr edilən konfrans keçirilib FOTO
Zərdab rayonunda Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində Ulu Öndərin abidəsini ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində davam edib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova "Heydər Əliyev – Müasir Azərbaycan dövlətinin rəmzi "mövzusunda məruzə ilə çıxış edib.
Pərvin Mahmudova qeyd edib ki, Azərbaycanın böyük şəxsiyyətləri çox olsa da, tariximizdə Heydər Əliyev qədər dərin iz buraxan, xalqımızın taleyində həllədici rol oynayan ikinci şəxsiyyət olmayıb: "Məhz bu tarixi şəxsiyyət 20-ci əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşduraraq, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb və onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaradıb. Bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin edib. Ulu Öndər Heydər Əliyev zəngin idarəetmə təcrübəsinə, yüksək siyasi intelektə, mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olduğu üçün milli inkişaf konsepsiyasını hazırlayaraq həyata keçirməyə nail olub".
Daha sonra çıxış edən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, ölkəmizin iqtisadi-siyasi mənəvi inkişafına verdiyi töhfələrdən danışaraq qeyd edib ki, bu gün Cənab İlham Əliyevin rəhbərliyi altında müdrik xalqımız daha parlaq gələcəyə doğru inamla irəllləyir.
Tədbirdə Rayon Mərkəzləşdirilmiş Kitabxana şöbəsinin şöbə müdüri, ilk partiya təşkilat katibi Gülnaz Məmmədova, Gəlmə kənd tam orta məktəbin müəllimi,"Fəxri bədən tərbiyəsi və İdman işçisi" Rasim Hüseynov, Otmanoba kənd orta məktəbin müəllimi Gilanə Bayramova, Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Aparatında informasiya təminatı və təhlili sektorunun müdüri Yusif Əhmədli çıxış ediblər. Natiqlər Ümummilli lider Heydər Əliyevin vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən siyasətindən danışaraq, Ulu öndərin özündən sonra Azərbaycana, eləcə də artıq böyük qüvvəyə çevrilən və öz ətrafında 600 mindən artıq həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasına Cənab İlham Əliyev kimi lider, siyasi varis bəxş etdiyindən iftixar duyduqlarını söyləyblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB