"Cəmil Həslinin Leyla Yunus haqqında formalaşdırdığı obraz Azərbaycan xalqına təhqirdir və bu kimi ifadələr cəfəng, eləcə də mənasızdır. Düşünürəm ki, bu tipli fikirlər onu elə prezidentliyə namizədliyi dövründəki avantürasına və müxtəlif qüvvələrin əlinin altındakı çubuqla idarə olunan bir şəxs vəziyyətinə salan növbəti bir nümunədir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc Milli Şuranın sədri Cəmil Həsənlinin "Azadlıq" qəzetindəki məqaləsində Leyla Yunusa qarşı baş verənləri faşistlərin yəhudilərə qarşı davranışlarına bənzətməsinə münasibətini açıqlayarlən dedi.
Zahid Orucun fikrincə, Leyla Yunusun məlum isterik davranışları, müxalifət mediasının onu qurbanlıq kimi təqdim etməsi hətta ən sonuncu anti-hakimiyyət qüvvələrini belə geri çəkilməyə vadar etməliydi. Lakin Leyla Yunusun arqumentlərlə ifşa olunması belə, onların ciddi reallığı qəbul etmədiklərini bir daha sərgilədi. Cəmil Həsənli də məhz siyasi müvazinətini itirmiş adam kimi hansı yanlış yolda olduöunu hələ də dərk etmir: "Cəmil Həsənli o dərəcədə siyasi orientirini itirmiş bir adamdır ki, hətta fərqində də deyil ki, müdafiə etdiyi şəxsin bütün çirkabları onun da üzərinə sıçramağa davam edəcəkdir. Leyla Yunusun nəyi qurbanlıqdır ki, bu adam müxstəlif hüquq müdafiəsi adında özünə çox yekə "hüquq dağı" düzəldib və bu dağı da xeyli qızıllaşdırıb, ziynətləşdirib, maadiləşdirib, mülkiləşdirib, əmlaklaşdırıb. Dünyanın düz vaxtında, ya da gərgin vaxtında diplomatik korpusun təmsilçiləri onu xüsusi himayə altında hava limanına müşaiyət etdilər. Sual olunur, Leyla Yunus nə vaxtan diplomatik toxunulmazlıq immunitetini əldə edib? İkincisi, Avropa Birliyi ilə Azərbaycan elə həmin başıbəla Vilnüs sammitində vizaların sadələşdirilməsi haqqında saziş imzalayıblar. Parlament bunu ratifikasiya edib, ölkə başçısı da həmin sənədi imzalayıb. Üstündən iki ay vaxt keçibdir. Bir jurnalist kimi həmin səfirliklərin qarşısında müşahidə apararkən görəcəksiniz ki, insanlar nə qədər də əziyyət, zülüm çəkməkdə, zaman itirməkdə, hələ də viza prosedurlarını ağır vəziyyətdə keçməkdə davam edirlər. Ona görə də sual olunur, həmin birliyə daxil olan bu ölkələr nəyə görə qəbul edilən qərarı yerinə yetirmir? Necə olur ki, bu qədər vətəndaşlar vizalarını almaq üçün aylarla növbə gözlədikləri halda, Leyla Yunusa beş illik viza cəmi iki saata verilir və o, Azərbaycandan qaçırılır?".
Millət vəkili daha bir maraqdoğurucu fikir irəli sürərək qeyd etdi ki, Leyla Yunus ölkəni tərk etməyə macal tamsaydı, mütləq Fransada dələduzluqda ittiham olunan Elşad Abdullayevlə əlbir olacaqdı: "Əgər bu baş versəydi, söz yox ki, Leyla Yunud Fransada yerləşən Elşad Abdullayev adlı bir dələduzla birləşib, Azərbaycan əleyhinə fəaliyyətlərini davam edəcəydi. Həmin ölkənin marağı nədir, niyə bu kimi himayəçilikləri həyata keçirir? Bu illər ərzində Leyla Yunus bütün varlığı ilə Azərbaycan əleyhinə göstərdiyi fəaliyyətinə görə bu ölkə tərəfindən mükafatlandırılıbdır. Çox yəqin ki, 2015-ci il Avropa Olimpiya Oyunları qarşısında o, həmin fəaliyyətini davam etdirəcəkdi. İndi həmin bu şəbəkə ifşa edilibdir. Onun ermənilərlə birləşdirilərək, Azərbaycan üzərində zəiflətmək siyasəti tam şəkildə aşkarlanıbdır".
Zahid Oruc Leyla Yunusun damarında axan qanın onun üçün əhəmiyyətsiz olduğunu da dedi: "Sizə açıq deyim. Mənə Leyla Yunusun damarında axan qanı, şəcərəsi heç vaxt maraqlı olmayıbdır. Bu gün bizim ölkəni Ermənistandan fərqləndirən amillərdən biri də Azərbaycanda hansı millətin nümayəndəsi olmasına baxmayaraq, normal cəmiyyətin mövcudluğudur. Lakin erməniçilik mənəviyyatsızlığı mənim üçün həmişə təhlükəli olub. Leyla Yunusu da həmişə bu cür qəbul etmişəm. Yəni biz bilməliyik ki, bu adamın indiyə qədərki bütün fəaliyyəti təsir agenti rolunda bir iş idi. Bu yaxınlarda Fransua Ollandın Azərbaycana səfəri olacaqdır. Onun səfəri zamanı Leyla Yunusa dair fikirlərin səsləndirilməsinin tamamilə əlayhinəyəm. Ona qarşı qanuna müvafiq addımlar atılmalıdır və bu hüquqi araşdırmalar cəmiyyətə təqdim olunmalıdır. Düşünürəm ki, bu halda Leyla Yunusu müdafiə etmək istəyən, bundan xal qazanmağa cəhd edən elə onun da tayı olan Cəmil Həsənli kimilər susacaqdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB