““Freedom House” təşkilatı həqiqətə uyğun olmayan məsələləri şişirdir” AÇIQLAMA

““Freedom House” təşkilatı həqiqətə uyğun olmayan məsələləri şişirdir” AÇIQLAMA

"Freedom House" təşkilatı ilk dəfə deyil ki, Azərbaycan qarşı bu cür qərəzli mövqe tutur". Bunu SİA-ya Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Umud Rəhimoğlu "Freedom House" mətbuat azadlığı - 2014: "media azadlığı son onillikdə ən aşağı səviyyəyə enib" adlı illik hesabatına münasibət bildirərkən deyib.

Umud Rəhimoğlu deyib ki, ölkəmiz mütəmadi olaraq beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə məruz qalır: "Ölkəmizə qarşı bu cür münasibət, xüsusilə mətbuatın inkşafının aşağı səviyyədə olması ilə bağlı "Freedom House"un hesabatı Azərbaycan ictimaiyyəti tərəfindən də birmənalı qarşılanmır. 20 ildə artıqdır ki, Azərbaycan torpaqları ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb. Axı nəyə görə bütün bunlar onların hesabatlarında dərc olunmur? Bizim təşkilat olan Beynəlxalq Avrasiya Mətbuat Fondu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hər an hazırdır.

Biz hər zaman çalışırıq ki, həmin qurumlarla əməkdaşlığımızda və fəaliyyətimizdə səmimi olaq. Bununla da biz onlara ölkəmizlə bağlı daha geniş məlumat vermək istərdik. Nədənsə bu cür hesabatlar hazırlanarkən mənşəyi bəlli olmayan informasiyalardan istifadə olunur. Görünür ki, biz bu istiqamətdə daha çox fəaliyyət göstərməliyik. Biz burada daha aktiv olmalıyıq. Hesab edirəm ki, bu işdə Vətəndaş cəmiyyəti öz imklanlarını birləşdirməli və həmrəy olmalıdır. Hər il demək olar ki, "Freedom House" təşkilatı ölkəmiz haqqında bu kimi bəyanatlar yayır. Bəzən görürsünüz ki, həqiqətə uyğun olmayan məsələlər şişirdilir".

Bütün xəbərlər Facebook səhifəmizdə