Mübariz Əhmədoğlu: “Azərbaycan rəsmilərinin Uorlikdən imtina etməyi düşünmələri faydalı və düzgündür”
"Azərbaycan rəsmilərinin ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən imtina etməyi düşünmələri faydalı və düzgündür". Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, C. Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı işlərdə və açıqlamalarında obyektiv deyil: "Ceyms Uorlik ermənilərə satılmaq niyyətindədir. Azərbaycan onun mövqeyinə qarşı dözümsüzlük nümayiş etdirməlidir. O, başqa bir ABŞ diplomat ilə əvəzlənməlidir".
M. Əhmədoğlu C. Uorlikin Azərbaycan rəsmiləri ilə təmasda ola bilməsi üçün Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, Ermənistanın işğalçı dövlət olması barədə bəyanat verməli olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB