Siyavuş Novruzov: "XİN həmin şəxsləri vətəndaşlıqdan məhrum etməlidir" təklif

Siyavuş Novruzov: "XİN həmin şəxsləri vətəndaşlıqdan məhrum etməlidir" təklif

"Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yaymalıdır ki, başqa bir dövlətin vətəndaşlığını qəbul edib oranın pasportunu almaq istəyən şəxs dərhal Azərbaycan vətəndaşlığından uzaqlaşdırılsın". SİA-nın xəbərinə görə, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı ikili vətəndaşlıq məsələsinə aydınlıq gətirərkən deyib.

S. Novruzovun sözlərinə görə, kimsə könüllü şəkildə Azərbaycan vətəndaşlığından imtina edib başqa ölkənin pasportunu üzərində daşımaz: "Yox, əgər kimsə başqa məqsədlər üçün bunu həyata keçirmək istəyirlərsə, o zaman həmin şəxs mütləq Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdr. Bu gün dünyada baş verən hadisələrə nəzər salsaq görərik ki, dövlət müstəqilliyinin qorunması öndə duran məsələlərdən birincisidir. Odur ki, bu gün bütün Azərbaycan vətəndaşları həmrəy olmalıdır. Xalqımız dövlətin, prezidentin, eləcə də müstəqillyiin ətrafında sıx birləşməlidir".

O, həmçinin Leyla Yunusun məsələsinə də toxunub: "Hər zaman Azərbaycan əleyhinə iş aparan vətən xainləri səngərin o biri tərəfində duran düşmənlərdən daha da təhlükəlidir. Onlar bizim arxamızdan bıçaq vuran insanlardır. Buna baxmayaraq onlar hələ də Azərbaycan ərazisində yaşayaraq fəaliyyət göstərir və beynəlxalq təşkilatlara ölkəmiz haqqında düzgün olmayan məlumatlar göndərir. Sonradan da məlum olur ki, həmin səfirlər xəbər ötürən insanların hesabına Azərbaycana qarşı qərəzli bəyanatlarla çıxış edirlər. Hesabatın erməni mənbələrinə aid olduğunu sonradan bilindi. Ermənilərə çalışan insanlara qarşı işlər görülməlidir. 5-ci kalonun nümayəndələrinə qarşı işimizi ciddi qurmalıyıq ki, vətənimizə xəyanət edən insanlar ifşa olsunlar. Azərbaycan dövlətçiyilinə qarşı çıxış edənlər mütləq layiqli cəzaları almalıdır".

Millət vəkili eyni zamanda "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabat layihəsinə münasibət bildirib: "Şəffaf olmayan təşkilat beynəlxalq şəffaflıqdan danışır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında həqiqəti əks etdirməyən məlumatlar dərc etdirir. Ona görə də bu qarşı ciddi addımlar atılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə