Ulu Öndərin doğum günü ilə bağlı futbol turnirinin bağlanış mərasimi keçirilib YENİLƏNİB

Ulu Öndərin doğum günü ilə bağlı futbol turnirinin bağlanış mərasimi keçirilib YENİLƏNİB

Bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon idarə, müəssisə, təşkilat və universitetlər arasında keçirilən futbol turnirinin təntənəli bağlanış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, təşkilatın sədr müavini Tağı Əhmədov, təşkilatının İdarə Heyətinin üvü Rasim Nəbiyev və digər nümayəndələr iştirak edib.

Bağlanış mərasimində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov artıq ənənə halını alan futbol turnirinin Ulu Öndərin növbəti doğum gününə həsr olunduğunu bildirib və bu müddət boyunca maraqlı oyun nümayiş etdirərək 1-ci, 2-ci və 3-cü yerin qalibləri olan komandaları təbrik edib.

Qeyd edək ki, 1-ci yerin qalibi Aztelekom komandası olub. 2-ci yerdə Bakı Metropoliteni, 3-cü yerdə isə BDU komandaları qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə