Mirşahindən Leyla Yunusa KƏSKİN CAVAB

“Leyla Yunusdan çöməlib oturduğu divarın dibindən qalxmaq tələb olunur”
Mirşahindən Leyla Yunusa KƏSKİN CAVAB

Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun polis və jurnalistləri güllələmklə təhdid etməsi media cameəsində birmənalı qarşılanmayıb. ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayevin SDİ rəhbərinin təhdidlərinə cavabı qısa olub. Telejurnalist SİA-ya verdiyi açıqlamasında vurğulayıb ki, yalnız bir halda jurnalistlər onun gülləsindən ölməkdən xəcalət çəkməzlər: "Əgər Leyla Yunus jurnalistləri divara söykəyib güllələmək istəyirsə, bunun üçün ondan çöməlib oturduğu divarın dibindən qalxmaq tələb olunur. Əgər o bunu bacarsa, jurnalistlər onun gülləsindən ölməkdən xəcalət çəkməzlər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə