“Hüquq müdafiəçisi” polis və jurnalistlərə ölüm hökmü tələb edir

Leyla Yunus: “Sizi güllələmək lazımdır”
“Hüquq müdafiəçisi” polis və jurnalistlərə ölüm hökmü tələb edir

Məlum hadisələrdən sonra media işçiləri və hüquq mühafizə orqanları ilə aqressiv və isterik davranışları ilə seçilən Sülh və Demokratiya İnstitunun (SDİ) rəhbəri Leyla Yunusun hüquq müdafiəçiliyi özü tərəfindən şübhə altına alınıb. SİA-nın məlumatına görə, Leyla Yunus məhkəmənin qərarına əsasən, evində axtarış aparılmamışdan öncə polis əməkdaşlarının güllələnməli olduqlarını deyib.

"Sizi həbsxanaya dürtmək lazımdır. Daha yaxşısı isə, güllələmək..."-deyə, polis zabitinə xitab edən SDİ rəhbəri daha sonra aşkar şəkildə bəyan edib ki, hüquq müdafiəçiləri cinayətkarların və polis əməkdaşlarının məhv edilməsini istəyir.

Məsələ ilə bağlı Leyla Yunusa telefon zəngi etdik və o, öz sözlərini inkar etməyərək, hətta bəzi media təmsilçilərinin də ölüm hökmünə layiq olduqlarını bildirdi: "Elə mətbuat işçiləri var ki, onlar da güllələnməlidir"-deyə, Leyla Yunus qısa açıqlamasında bildirib.

Qeyd edək ki, hüquq müdafiəçisinin vəzifəsi cinayətkarların, eləcə də digər şəxslərin hüquqlarını qorumaqdan ibarətdir. Belə ki, cinayətkarların da dövlət tərəfindən təmin edilən hüquqları mövcuddur.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə