Bəhruz Quliyev: “Rauf Mirqədirovun, Leyla Yunus və Arif Yunusun saxlanılması labüddür” MÜNASİBƏT

Bəhruz Quliyev: “Rauf Mirqədirovun, Leyla Yunus və Arif Yunusun saxlanılması labüddür” MÜNASİBƏT

"Rauf Mirqədirovun həbsi Leyla Yunus və Arif Yunusun ermənilərlə işbirliyində olması, Azərbaycan əleyhinə iş apardıqları faktını bir daha təsdiq etdi". SİA-nın məlumatına görə, bu sözləri editor.az-a açıqlamasında "Səs" qəzetinin baş redaktoru, Sia.az İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun və əri Arif Yunusun erməni xüsusi xidmət orqanları ilə işbirliyində ittiham edilərək, hüquq mühafizə orqanları tərəfindən saxlanılmalarına və şahid qismində dindirilmələrinə münasibətini bildirərkən belə deyib.

Baş redkator hər iki adıçəkilən şəxsin ABŞ və Fransa diplomatları tərəfindən ölkədən çıxarılma cəhdlərinə də fikir bildirib. Onun sözlərinə görə, Leyla Yunusun ABŞ və Fransa diplomatlarının müşaiyəti ilə ölkədən qaçmaq cəhdi onun həbs olunacağını öncədən bilməsi ilə bağlı olub: "Azərbaycanın sürətli inkişafı, çiçəklənməsi, dünya birliyində əhəmiyyətli mövqeyə sahib olması fonunda kimlərinsə açıq-aşkar erməni dəyirmanına su tökməsi, ermənilərlə separat danışıqlara getməsi, məhz erməni lobbisinin sifarişi ilə ölkəmiz əleyhinə təxribatçı fəaliyyəti yolverilməzdir və belə xəyanətkar adamlara qarşı mübarizə aparılmalıdır. Bunu həm dövlət qurumları etməlidir, həm şəffaf QHT-lər, həm media, həm də ictimaiyyət".

Bəhruz Quliyev onu da bildirib ki, dövlətçilik əleyhinə çıxış edən hər bir insan, o cümlədən, Leyla və Arif Yunuslar, Rauf Mirqədirov kimilərinin saxlanılaraq istintaqa cəlb edilmələri labüd haldır: "Hesab edirəm ki, Ermənistana jurnalistlər göndərən, onlarla separat danışıqlara gedən Leyla Yunus və Arif Yunusun, o cümlədən Rauf Mirqədirovun saxlanılması labüddür və onlar öz çirkin əməllərinə görə, qanun qarşısında cavab verməlidirlər".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə