Prezident İlham Əliyev: "Hazırki inkişafımızla vaxtilə Azərbaycanın yaşadığı çətinliyi bu gün yaşayan ölkələrə nümunə ola bilərik"

Prezident İlham Əliyev: "Hazırki inkişafımızla vaxtilə Azərbaycanın yaşadığı çətinliyi bu gün yaşayan ölkələrə nümunə ola bilərik"

"Əgər hazırda vaxtilə Azərbaycanın yaşadığı çətinliyi yaşayan ölkələr varsa, biz həmin ölkələrə hazırki inkişafımızla nümunə ola bilərik".

SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbərbaycan müstəqillik qazanan gənc ölkə olsa da, bu müddət ərzində çox işlər görülüb: "Müstəqilliyimizdən 22 il ötür. Biz bu qısa müddətdə bir çox işlər görmüşük. İlk illər biz siyasi, iqtisadi əziyyətlər çəkmişik. İndi isə inkişaf etmiş ölkələr sırasındayıq. Düzdür biz ötən əsrin əvvəlində müstəqil olmuşuq. Lakin bu çox az müddət- iki il çəkib. İki illik müstəqillikdən sonra, biz yenidən azadlıqdan məhrum olduq. Daha sonra biz SSRİ-nin tərkibində yaşamışıq. Hazırda bizim taleyimiz öz əlimizdədir. Lakin bu, əvvəl mümkün olmayıb. Biz müharibələr, çəkişmələr görsək də, bu çətinliklərlə mübarizə apardıq və bu vəziyyətdən çıxa bildik. Müstəqillik əldə etdik. Bir neçə illər əvvəl biz bunu yalnız düşünə, arzu edə bilərdik".

Ölkə başçısı vurğulayıb ki, Azərbaycan uğurlarının əsas hissəsini xarici sərmayələr sayəsində əldə edib: "Əgər hazırda bu çətinlikləri yaşayan ölkə varsa, biz onlara nümunə ola bilərik. Biz bu günümüzə xarici investisiyalar cəlb etməklə nail olmuşuq. Azərbaycan son 10 ildə ən sürətlə inkişaf edən ölkələrdən biri olub. Azərbaycanın bundan sonrakı inkişafı üçün Azərbaycan 2020: Gələcəyə Baxış Konsepsiyası var. Bu, bizim gələcəyimiz üçün mühüm sənəddir".

Prezident Forumla bağlı da öz fikirlərini bildirib. Forumu məhsuldar adlandıran dövlət başçısı Nizami Gəncəvi Mərkəzinə dəstək verənlərə təşəkkürünü bildirib: "Nizami Gəncəvi Mərkəzi qısa müddət ərzində nüfuzlu, beynəlxalq bir mərkəzə çevrilib. Bu mərkəzə dəstək verənlərə təşəkkür edirik. Forumda bir çox məsələlər yer alıb. O məsələlər bizim həyatımızın əsas aspektlərini təşkil edir. Forumda bir çox sənədlər qəbul olunacaq. Burada gələcəkdə görülən işlər danışılacaq. Düşünürəm ki, bu Forum burdakı iştirakçılar və ölkələr üçün mühüm əhəmiyyət kəsb edəcək. Forumun işinə uğurlar arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə