Siyavuş Novruzov: "Bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub"
"Elton Məmmədovu yaxşı tanıyıram, deputat həmkarımdır, özü ilə də çox yaxşı münasibətlərim var. Ona qarşı kimsə hər hansı yazılar yazırsa, mənim adımdan istifadə etməsin". SİA-nın verdiyi məlumata görə, bu sözləri publika-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S.Novruzov Elton Məmmədov və onun oğlu haqqında hər hansı fikir söyləmədiyini deyib: "Elton Məmmədovun övladlarının pis hərəkətini görməmişəm. Ötən gün mən ümumilikdə məmur övladları, onların dəbdəbəli həyatı və fəaliyyəti haqqında söz demişəm. Lakin bəzi sifarişli mətbuat orqanlarında mənim adımdan istifadə olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB