Hollandiyada yaşayan azərbaycanlılar qondarma soyqırımı ilə bağlı etiraz aksiyası keçirəcəklər
Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" ilə bağlı etiraz aksiyası keçirəcəklər.
Benelüks Azərbaycanlıları Konqresindən SİA-ya verilən məlumata görə, konqres Hollandiyanın Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin açılması ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanatda deyilir: "Cəmiyyətdəki nifrəti qızışdıracaq və narahatlıq çıxaracaq bir cəhdlə qarşı-qarşıyayıq. Bilindiyi kimi, 24 aprel 2014-cü il tarixində Almelo şəhərində "erməni soyqırımı" abidəsi adı altında bir açılış planlaşdırılıb. Bələdiyyədən erməni abidəsi açmaq üçün icazə alınıb, amma açılış "erməni soyqırımı" abidəsi şəklində keçiriləcək. Bu abidə və açılışdan cəmiyyətimizin təəssüf ki, çox gec xəbəri olub".
Buna etiraz etmək üçün bu gün günorta saatlarında Almeloda etiraz aksiyası keçiriləcək. Benilüks Azərbaycanlıları Konqresi bütün türk xalqlarını aksiyaya qoşulmağa çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB