Təhmasib Novruzov: "Rauf Mirqədirov və Leyla Yunusun hərəkətləri bağışlanmazdır" MÜNASİBƏT

Təhmasib Novruzov: "Rauf Mirqədirov və Leyla Yunusun hərəkətləri bağışlanmazdır" MÜNASİBƏT

"Rauf Mirqədirovdan da əvvəl düşmənlə əlaqə saxlayaraq vətəninə və millətinə xəyanət edən müxalifət təmsilçiləri olub". Bu fikirləri SİA-ya açıqlamasında Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov Leyla Yunusun Rauf Mirqədirovun əməllərini dəstəkləməsinə münasibətini açıqlayarkən deyib.

Onun fikrincə, Azərbaycanın dövlətçiliyi və gələcəyi naminə hüquq mühafizə orqanları bu cür şəxslərə qarşı qəti addımlar atmalıdır: "Çünki ardıcıl olaraq R.Mirqədirov kimilər ermənilərlə iş birliyinə gedir, Azərbaycan dövləti və xalqı haqqında düşmən ölkəyə informasiyalar çatdırırlar. Onlara heç bir halda güzəştə getmək, humanizmə söykənən addımlar atmaq olmaz".

"R.Mirqədirovun əməlləri sübuta yetirilərsə ona qarşı ən sərt cəza tədbirləri görülməlidir", - deyə qeyd edən AHB sədri həmçinin vurğuladı ki,müəyyən müxalifət qüvvələri sözügedən məsələni siyasiləşdirməyə cəhd edirlər: "Müəyyən müxalifət qüvvələrinin bu məsələni siyasiləşdirməsinə gəlincə isə demək olar ki, elə R.Mirqədirovla bərabər həmin şəxsləridə cəzalandırmaq lazımdır. R.Mirqədirov və L.Yunus kimi xaricdən maliyyələşən siyasi müxalifətdir ki, onlara həmin maliyyə vəsaiti verən qurumlardan tapşırıqlar alırlar. Həmin tapşırıqları da icra etmək üçün onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Azərbaycanda siyasi mövqeyindən aslı olmayaraq dövlətini, millətini sevən hər bir şəxs üçün R.Mirqədirov və L.Yunus kimi şəsxlərin hərəkətləri bağışlanmaz səhv və qəbahət kimi qəbul olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə