Erməni vəhşilikləri ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək

Erməni vəhşilikləri ilə bağlı Türkiyədə tədbirlər keçiriləcək

Polşada səfərdə olan Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev bu gün Polşada yaşayan Azərbaycan diasporunun fəalları ilə, eyni zamanda Belastok Universitetinin tələbələri ilə görüşlər keçirib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, sabah BDM və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) Avropa təmsilçiliyinin təşkilatçılığı ilə Belastok şəhərinin mərkəzində ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi cinayətləri, Xocalı soyqırımını, Qarabağın işğalını, tarixi torpaqlarından didərgin salınan Qərbi Azərbaycanlıların deportasiyasını özündə əks etdirən sərgi təşkil olunacaq. Tədbirdə Polşa ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatları və QHT-ləri, eləcə də Polşada təhsil alan və yaşayan azərbaycanlılar da iştirak edəcək. Sərgidən sonra qondarma "erməni soyqırımı" ilə bağlı açıqlamalar veriləcək.

Həmçinin ASİM-DER və BDM-in birgə təşkilatçılığı ilə 23-24 aprel 2014-cü il tarixlərində Türkiyənin İğdır və Qars şəhərlərində qondarma"erməni soyqırımı" və ermənilərin türk dünyasına qarşı həyata keçirdiyi soyqırım cinayətləri ilə bağlı tədbirlər keçiriləcək. Eyni zamanda BDM və ASİM-DER-in təşəbbüsü ilə çap edilən "İrəvandan Vana, Vandan Qarabağa erməni izi" adlı kitabın da təqdimatı keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün bu gün BDM-in sədr müavini Samir Adıgözəlli Türkiyəyə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə