ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev ənənəvi müxalifət düşərgəsini kəskin şəkildə ittiham edəcək və ölkə siyasəti sferasında son sözü olacaq silsilə məqalə ilə çıxış etməyə hazırlaşır.
Eks-spikerə yaxınlığı ilə seçilən və məlum səbəblərə görə adının açıqlanmasını istəməyən mənbədən SİA-ya daxil olan məlumata görə, Rəsul Quliyev çıxış edəcəyi məqaləsində ötən 20 ili əhatə və müxalifətin buraxdığı ciddi səhvləri təhlil edən, eləcə də o zamanki AXC- Müsavat iqtidarına, həmin iqtidardakı bir sıra aparıcı şəxslərə dair çoxsaylı faktlara əsaslanan məsələlərə toxunacaq, həmçinin, özünün şəxsi fikirlərini ictimaiyyətə açıqlayacaq.
Əldə edilən məlumata görə, Rəsul Quliyev öz səhvlərini də etiraf edəcək həmin məqaləsindən sonra siyasi səhnədən geri çəkiləcəyini bəyan edəcək.
Mənbə qeyd edib ki, hələlik sözügedən silsilə xarakterli məqalənin hansı mətbu orqanda dərc ediləcəyi ilə bağlı Rəsul Quliyev tərəfindən yekun qərar verilməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə