Krım Tatarlarının lideri Mustafa Abdülcemil Kırımoğlu, Krımın təktərəfli Rusiyaya qoşulması qәrarından sonra ilk dəfə yarımadaya gedib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiyanın sərhədini müfafizə edənlər Kırımoğlunun bölgәyә daxil olmasının qadağan olub-olmadığını araşdırmaq üçün onu bir müddәt sәrhәd mәntәqәsindә gözlәdiblәr.
Yarımadanın giriş qapısında Krım Tatar və Ukrayna bayraqları ilə qarşılanan Kırımoğlu, Krım Tatar Milli Məclisinin rəsmiləri ilə bir araya gәlib.
Kırımoğlu yarımadanın yerli xalqı olan Tatarların düşüncələrini hәr platformada sәslәndirmәk üçün sıx proqramının olduğunu, ABŞ-ın vitse-prezidenti Geo Bidenin 23 apreldә Ukraynaya reallaşdıracağı sәfәr çәrçivәsindә onunla Kiyevdə bir araya gələcəyini qeyd edib.
15 martda Krım Muxtar Respublikası parlamentinin lәğv ilә bağlı sәs verәn 321 Ukrayna Parlamenti deputatının Krıma girişi Rus orqanları tərəfindən qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB