Türkiyə televiziyası Azərbaycanın inkişafından bəhs edən sənədli film nümayiş etdirib
Aprelin 19-da Türkiyənin "Kanal A" televiziya kanalında Azərbaycan Respublikasının müasir inkişaf istiqamətləri və əhalinin yüksək həyat tərzindən bəhs edən sənədli film nümayiş etdirib. "Bu həftə Kaf dağının arxasındayıq, əfsanələr və sirli hekayələr şəhərində" adlı filimdə son illər Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərdən, dövlətimizi qüdrətləndirən amillərdən, əhalinin rifahını yüksəldən əhəmiyyətli tədbirlərdən, insanların yüksək əhval-ruhiyyəsindən bəhs olunub.
Azərbaycanın ilk milli süni peyki - "Azersat-1" orbitə göndərilməsindən bəhs edən süjetdə qeyd olunub ki, bütün uğurlar ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilməsinin nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB