Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunan rəhbərini qəbul edib
Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunmuş rəhbəri xanım Draqana Filipoviçi qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin hazırkı vəziyyəti, cari ilin may ayında ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində başlayacaq sədrliyi və sədrlik dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.
Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB