Ukraynada silahlı qruplar dövlət binalarını ələ keçirir

Ukraynada silahlı qruplar dövlət binalarını ələ keçirir

Ukraynanın şərqində silahlı qruplar dövlət binalarını ələ keçirir. SİA-nın məlumatına görə, Ukrayna rəhbərliyi nümayişçilərə qarşı gücdən istifadə edəcəyi barədə xəbərdarlıq etməsinə baxmayaraq, hələ də bunun üçün addım atmayıb. Rusiya tərəfdarı olan nümayişçilər Putindən yardım istədikləri üçün Ukrayna prezidenti Oleksander Turçinov BMT-dən sülhməramlı qüvvə tələb edib.

Turçinov nümayişçilərə qarşı mübarizənin davam edəcəyini açıqlayıb. Rusiya nümayişçilərə qarşı həyata keçiriləcək bir əməliyyatın vətəndaş müharibəsinin qığılcımlarının başlanışı olacağı barədə xəbərdarlıq edib.

Ukraynanın şərqində isə hadisələr daha geniş miqyas alıb.

Kiyevdə ukraynalı nümayişçilər ölkənin şərqindəki dövlət binalarının işğaldan xilas edilməsi üçün nümayiş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə