"Rusiya və Ukrayna ilə bağlı vəziyyət çox gərgindir və hər an müharibə başlaya bilər. Çünki Ukrayna ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və rus ordusu hər an hücum etməyə hazırdır". Bu fikirləri SİA-ya Rusiya-Ukrayna arasındakı son durumu şərh edən politoloq Qabil Hüseyinli deyib.
Politoloq hesab edir ki, Qərbin dəstəklədiyi danışıqlar variantı baş tutmaya bilər: "Dünən BMT Təhlükəsizik Şurasının iclasında Rusiya nümayəndə heyətinin nümayəndəsi bunu siqnalını verib. Yəni, ruslar qəsdən bu addımı atır və vaxt udmağa çalışırlar. Bu da nəticə etibarı ilə Ukraynanın şərq rayonlarında inqilabi stiuasiyanı yetişdirməyə hesablanıb. Hələlik Rusiyanın ssenarisi baş tutur".
Q. Hüseyinli bildirib ki, Ukrayna tərəfi Rusiyaya ciddi müqavimət göstərə bilmir: "Çünki əməliyyatlarda bir adam ölsə, ruslar dərhal bunu bəhanə edərək Ukraynaya soxulacaq. Ona görə də Ukraynanın başqa cür hərəkət etmə imkanı yoxdur. Hesab edirəm ki, bölgədə mütləq hərbi toqquşma olacaq".
Politoloq deyib ki, hərbi toqquşma olacağı təqdirdə Qərbin bu proseslərə cəlb olunması ətrafında düşünmək lazımdır: "Çünki Rusiya Post-Sovet ölkələrinə və ya Ukrayna deyil, birbaşa Qərbə meydan oxuyur. Son hədəfi də Qərblə yarışmaqdır. Qərb siyasi dairələri Rusiyanın bu addımlarını başa düşməli və ilkin addımlarındaca durdurmalıdırlar. Bu baş tutmasa, sonrakı prosesləri cilovlamaq daha çətin olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB