Makedoniyada qeydә alınan 1 milyon 707 min 228 seçici, 5-ci dəfə öz prezidentlərini seçir. SİA-nın məlumatına görə, Türkiyədə yaşayan Makedoniya vətəndaşları da ölkələrinin İstanbul və Ankaradakı diplomatik nümayəndəliklərindəki seçki mәntәqәlәrindә ötәn gün sәs verib.
Prezident namizədlərindən birinin sәslәrin 51 faizini toplaya bilmәmәsi halında 27 apreldə seçkilәrin ikinci turu keçirilәcәk. İkinci turda, ilk turda ən çox səs toplayan iki namizəd yarışacaq.
27 apreldə növbәdәn kәnar parlament seçkilәri dә keçirilәcәk. Parlament seçkilәrindә 9 siyasi partiya və 5 koalisiya yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB