Nüvə silahların tәrk edilmәsinә dair növbәti konfrans ötәn gün Yaponiyanın Xirosima şəhərində keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, konfransda iştirakçılar, yeni fəlakətlərin qarşısının alınması üçün bütün ölkələr nüvə silahlarından qarşılıqlı olaraq imtina etmәlidilir mövzusunda müzakirələr aparılıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun tәmsil etdiyi konfransda Xirosimada toplanan 12 ölkənin nümayəndəsi əvvəl atom bombası qurbanları abidəsini ziyarət ediblәr.
Yaponiya xarici işlər naziri Fumio Kişida və qonaq nazirlər abidә önünə çiçək qoyduqdan sonra gәzdiklәri muzeydә 1945-ci ildə ABŞ-a mәxsus qırıcı təyyarələrinin Xirosimaya atdığı atom bombasının yaratdığı təxribatı yaxından müşahidə ediblәr.
Muzey ziyarətinin ardından başlayan konfransda nüvə gücdәn, sülh mәqsәdli enerji istehsalı istisna olmaqla istifadә edilməmәlidir şәklindә ortaq fikir bәyan edilib.
Xarici işlər naziri Əhməd Davudoğlu konfransda etdiyi çıxışında bildirib ki, yeni Xirosimalar olmasın: "Ancaq Suriya rejimi hələ dә kütləvi qırğın silahlar istifadə edir. Qadınlar, uşaqlar, Xirosimadakı kimi hәyatını itirir. Ancaq beynəlxalq cəmiyyət buna biganә qalmaqda davam edir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurası veto gücü olan bəzi üzvlər səbəbi ilə bu fəlakətin qarşısını ala bilmir".
Ukraynanın 1994-cü ildə Rusiyanın ərazi bütövlüyü mövzusu ilә bağlı verdiyi zəmanətә görә nüvə silahlarını məhv etdiyini xatırladan Davudoğlu , Krımın Rusiyaya qoşulması ilә nüvə silahların tәrk edilmәsinә dair sәylәrә zərbə vurduğunu qeyd edib.
Almaniya, Yaponiya, Polşa və Hollandiyadan nazirlər, Davudoğlunun fikirlәrinә dәstәk verdiklәrini açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB