Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri, hazırda Milli Şurada təmsil olunan Mirmahmud Mirəlioğlu AXCP-yə və Müsavat Partiyasına yönəlik ittihamlarla çıxış edib. SİA-nın məlumatına görə, Milli Şuradakı durğunluğa münasibətini bildirən KAXCP sədri bir sıra məsələlərdə ittihamçı rolunda fikirlər bildirib "KXCP Milli Şurada qalmaqla, Milli Şuranı xilas edib"-deyə qeyd edən partiya sədri AXCP ilə aralarında olan fikir ayrılığına da aydınlıq gətirib: "Bizim təşkilatlarımız arasında olan münasibətlərlə bağlı bir məsələ var ki, bu da Elçibəyə olan münasibətdir. Mirmahmudun Elçibəyə olan münasibəti, Əli Kərimlinin Elçibəyə olan münasibəti. Yəni, bizi ayıran nöqtə budur. Biz bu məsələdə toqquşuruq".
Müsavat Partiyasının təkliflərinə gəlincə isə Mirmahmud Mirəlioğlu İsa Qəmbərlə daha öncələr imzaladığı razılaşmaları xatırladaraq, qarşı tərəfin buna əməl etmədiyini iddia edib: "Biz heç kəsin təklifinə rədd cavabı vermədik. Sadəcə xatırlatdıq ki, bizim Müsavat Partiyası ilə dəfələrlə ikitərəfli, çoxtərəfli müqavilələrimiz olub. Bu müqavilələrin taleyi haqqında söhbət etməz lazımdır. Nə oldu onların taleyi? Yəni, indiyədək İsa Qəmbərlə imzaladığımız müqavilələr hara gedib, bilinmir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB