Asim Mollazadə: “Bu proseslərin ATƏT-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur” AÇIQLAMA
"Rusiyanın Ukraynaya qarşı təzyiqləri hələ də davam edir. Amma hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında baş verən bu proseslərin ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir aidiyyatı yoxdur". Bunu SİA-ya millət vəkili Asim Mollazadə Rusiyanın Ukraynaya qarşı təzyiqlərinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, Rusiya indi öz maraqlarını daha təzyiqlə Qərbə nümayiş etdirir: "Təbii ki, belə olan halda hər şey Qərbin bu məsələlərə cavab vermək imkanından asılıdır. Əgər Qərb tərəfi buna kifayət qədər cavab verə və Rusiyanın imkanlarını məhdudlaşdıra bilərsə, o zaman rəsmi Moskva təbii ki, öz iddialarını cilovlaya bilər".
Millət vəkili Azərbaycan və Ermənistan prezidentləri arasından keçiriləcək növbəti görüşə də münasibət bildirərək deyib ki, işğalçı ölkə hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin imitasiyası ilə məşğul olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB